“ADEX-2016” sərgisində 34 ölkədən 216 şirkət iştirak edəcək
Tarix: 23.09.2016 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Sentyabrın 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək ikinci “ADEX-2016” Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək.
Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycan və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturları iki il əvvəl keçirilmiş birinci müdafiə sənayesi sərgisinə böyük maraq göstərib və bu sərgini Prezident İlham Əliyev də ziyarət edib”. Bu barədə dünən sərginin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev məlumat verib. Azərbaycanın milli qrupları sərgidə öz ekspozisiyalarını göstərəcək. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur. Nazir müavini deyib ki, 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan və sayı artan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. Həmin məhsullar xarici ölkələrə ixrac edilir. Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxaracaq. Dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin bron etdiyi açıq sərgi platforması xüsusi diqqətə layiqdir. Bu platformada ən son qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, tanklar, hava hücumundan müdafiə sistemləri və hərbi maşınlar nümayiş olunacaq. Bundan başqa, ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi də təqdim ediləcək. Ümumilikdə, dünyanın 50-dən çox aparıcı media qurumu sərgiyə informasiya dəstəyi göstərir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info