“Trampın qələbəsi ABŞ-da Avropadan az problem olmamasını üzə cıxaracaq”
Tarix: 23.09.2016 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


“Politico” nəşrinin yazdığına görə, Avropanın bir çox siyasətçiləri açıq etiraf etməsələr də, Donald Trampın ABŞ prezidenti olmasını
arzulayırlar.

Nəşrdə dərc edilən məqalə müəllifinin fikrincə, gün olmur ki, Avropanın aparıcı siyasətçiləri Trampın qələbəsi ilə bağlı qorxunu dilə gətirməsin. Bir neçə onilliklər ərzində Avropada Vaşinqtonun ünvanına tənqidlər səsləndirilməkdədir. Əslində, Avropa siyasətçilərinin bir çoxu gizğli şəkildə “Trampa azarkeşlik” edir. Nəşr “Tramp xəstəliyi”nin beş əsas cəhətini önə çəkirlər. Bunlardan ilk öncəsi Avropanın narazı olduğu Transatlantik Ticarət və İnvestisiya müqavilələridir. Avropalı siyasətçilər bunu “Troya atı” kimi dəyərləndirərək, bu layihənin Amerika şirkətlərinin Avropada təsirini artırmağa hesablandığını iddia edirlər. Tramp isə öz növbəsində hesab edir ki, bu cür ticarət müqavilələri amerikalı işçilər üçün zərərlidir. İkinci məsələ isə Trampın NATO əleyhinə çıxışı ilə bağlıdır. Avropalı siyasətçilər isə Avropa Birliyinin ordusunun yaradılmasının tərəfdarı kimi çıxış edirlər. Amerikalı milyarder Avropanın müdafiə məsələlərində Amerika Birləşmiş Ştatlarına arxayın olamalrından narazıdır. Üçüncü səbəb avropalıların ABŞ-ın tətbiq etdiyi genişmiqyaslı izləmədən narazı olmasıdır. Edvard Snouden olayı göstərir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi hər kəsi, hətta Angela Merkeli də izləyə bilir. Artıq əksər avropalı siyasətçilər onların bütün danışıqlarının ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinlənildiyinə əmindirlər. Dördüncü səbəbi, avropalıların “Uoll-strit banklarının Avropaya təsirindən bezmələridir. Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ banklarının Avropaya təsirini məhdudlaşacağı gözlənilir. Beşinci səbəb Avropa siyasətçilərinin ABŞ-ın "super güc” olmaqla bağlı mövqeyində narazı olmalarıdır. Onların fikrincə, Trampın qələbəsi ABŞ-da Avropadan az problem olmamasını üzə cıxaracaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb
18.03.2019
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib
17.03.2019
Beynəlxalq koalisiya Suriyaya zərbə endirdi
17.03.2019
İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi
17.03.2019
Dünya niyə bu hadisəni törədənə terrorçu demədi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info