“BMT Təhlükəsizlik Şurası təhlükəyə yeni şəkildə reaksiya verməlidir”
Tarix: 23.09.2016 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe vəd edib ki, ölkəsi BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın hərbi təxribatlarına qarşı ciddi tədbirlərin görülməsi ilə bağlı müzakirələrə sədrlik edəcək.
NHK televiziya kanalının yaydığı məlumata görə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxış edən Ş.Abe əsas diqqəti Pxenyanın nüvə və raket sınaqlarına yönəldib. Baş nazirin sözlərinə görə, Şimali Koreyanın məqsədi aydındır və bu gün onun yaratdığı təhlükə əvvəlkilərdən qat-qat çoxdur. Ş.Abe bəyan edib ki, beynəlxalq ictimaiyyət bu təhlükəyə artıq başqa cür reaksiya verməli, BMT üzvü olan dövlətlər isə güclərini birləşdirərək Şimali Koreyanın planlarına mane olmalıdırlar. Yaponiya Baş nazirinin sözlərinə görə, Təhlükəsizlik Şurası bu yeni və həddindən artıq ciddi təhlükəyə qarşı düzgün mövqe nümayiş etdirməlidir. Ş.Abe əlavə edib ki, Yaponiya BMT TŞ-nin qeyri-daimi üzvü kimi müzakirələrə sədrlik etməyə hazırdır.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info