“ABŞ bilərəkdən Suriya ordusuna aviazərbələr endirib”
Tarix: 23.09.2016 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


“ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonunda Suriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib".
Bunu “Associated Press” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib. Onun sözlərinə görə, Suriya hərbçilərinin mövqeyinə endirilən aviazərbələr bir saat davam edib: "Bu təsadüf insident deyildi. Suriya əsgərlərinə bir deyil, dörd təyyarə aviazərbə endirib. Bir saatdan çox səhv etmək olmaz". Qeyd edək ki, Qərb koalisiyasının sentyabrın 17-də Suriya ordusuna endirdiyi aviazərbə nəticəsində 62 hərbçi ölüb, 100 nəfər yaralanıb. Aviazərbə faktını etiraf edən ABŞ komandanlığı bu barədə Moskvanı əvvəlcədən xəbərdarlıq etdiyini bəyan edib. Rusiya XİN isə ABŞ-ın bu addımını “İŞİD” terrorçu qruplaşmasına dəstək kimi qiymətləndirib. Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda Suriya üzrə görüşdə çıxış edərkən münaqişə tərəfləri, eləcə də bütün dünya ictimaiyyətini sentyabrın 10-da Cenevrədə əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb: “Bu gün Suriyanın taleyi “tükdən asılıdır. Mən BMT Təhlükəsizlik Şurasını təslim olmamağa, ABŞ-la Rusiya arasında Cenevredə əldə olunan razılaşmaları dəstəkləməyə çağırıram. Eyni zamanda Suriyadakı münaqişə tərəflərini əməkdaşlığa, əldə olunan razılaşmalara əməl etməyə çağırıram. Razılaşmalara mane olan tərəf isə hər hansı yardım və dəstəkdən məhrum olmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info