“Azərbaycan İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına köməklik göstərəcək“
Tarix: 23.09.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İnkişaf Hüququ üzrə Bəyannamənin 30-cu ildönümünə həsr olunan BMT Ali Məclisinin yüksək səviyyəli bölməsində çıxış edib. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov bildirib ki, Azərbaycan İnkişaf Hüququ üzrə Bəyannaməyə böyük əhəmiyyət verir: "Mən Bəyannamədə təsbit olunan prinsiplərə hökumətimiz tərəfindən riayət edildiyini bir daha təsdiqləmək istərdim. 
Ötən il biz burada - Nyu-York şəhərində milli və beynəlxalq səviyyədə inkişaf proqramının mərkəzi hissəsini təşkil edən Davamlı İnkişafa dair 2030 Gündəliyinin qəbulu kimi tarixi hadisəyə şahidlik etdik. 2015-ci ildən sonrakı inkişaf gündəliyi heç kimi gözardı etməməyi və ilk sıradan ən ucqar nöqtələrdə olanlara qədər hamını əhatə etməyi öhdəsinə götürür. Bəyannamə həmçinin, yoxsullar üçün əlverişsiz şəraitə malik və onlara inkişafın təsirlərindən faydalanmaqda mane olan struktur əngəllərinin aradan qaldırılmasına çağırır. Bəyannamə və 2030 Gündəliyi arasında əhəmiyyətli dərəcədə uyğunluq diqqətə layiqdir və Bəyannamənin prinsiplərinin praktik icrasına daha çox diqqət ayırılması üçün beynəlxalq ictimaiyyəti ruhlandırır". 
Nazir qeyd edib ki, son illər ərzində Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin bir çox hədəflərinə, xüsusən ifrat yoxsulluq və aclığın aradan qaldırılması, universal ibtidai təhsilin təmin edilməsi və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələrə nail olub: "Hazırda Azərbaycan daha davamlı, inklüziv və şaxələnmiş iqtisadiyyatın inkişafına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla öz milli davamlı inkişaf strategiyasını qəbul etməkdədir.
 
Hökumət əhalinin rifah halının yaxşılaşdırılması və vətəndaşlar tərəfindən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam istifadənin təmin edilməsinə xidmət edən səmərəli idarəçilik, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin təmin edilməsi, ictimai xidmətlərə asanlaşdırılmış çıxış, hərtərəfli və bərabərhüquqlu təhsilin, gender bərabərliyi və qadınların rolunun gücləndirilməsi, sərfəli enerji və ətraf mühitin mühafizəsinə giriş imkanının təmin edilməsi sahəsində geniş-miqyaslı proqramlar həyata keçirib. Azərbaycan insan inkişafı indeksində öz yerini ciddi şəkildə yaxşılaşdırmağa nail olaraq 2004-cü ildə 187 ölkə arasında 91-ci yerdən 2015-ci ildə 78-ci yerə və orta insan inkişafı qrupundan yüksək insan inkişafı qrupuna yüksəlməyə nail olub.
 
Bəyannamədə də qeyd edildiyi kimi, Dövlətlər inkişafın əldə edilməsi və inkişafın önündəki əngəllərin aradan qaldırılması istiqamətində bir-biriləri ilə əməkdaşlıq etməyə borcludur. Ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, Azərbaycan xüsusilə Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi – AİDA vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır. Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara AİDA və digər kanallar vasitəsilə cavab verir.
 
BMT-nin İqtisadi və Sosial Şurasının yeni seçilmiş üzvü kimi Azərbaycan Şurada üzvlüyü ərzində İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına köməklik edəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info