“ABŞ-ın Güləni Türkiyəyə ekstradisiya etməməsi uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq”
Tarix: 23.09.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etməkdən boyun qaçırması uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq. Bunu TRT telekanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.   
“Bu şəxs Türkiyə vətəndaşıdır.  Ekstradisiyaya dair sorğu  Türkiyədə törədilən cinayətlərlə əlaqədar verilib. Biz onun üçüncü ölkələrə deyil, Türkiyəyə təhvil verilməsi barədə sorğu göndərdik. Bizim bütün rəsmi bəyanatlarımız bu tələb çərçivəsində səsləndirilib. ABŞ-da qərar verən bütün şəxslər, siyasi xadimlər və ictimai fikri formalaşdıran liderlər nəzərə almalıdırlar ki, əgər  onu müdafiə etməkdə davam edəcəklərsə, yaxud, belə təəssürat yaranacaqsa, bu uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq”, - deyə Kalın bildirib.        
Onun sözlərinə görə, hansısa müəyyən qrup, partiya və ya qurum deyil, bütün Türkiyə cəmiyyəti əmindir ki,  hərbi çevriliş cəhdinin arxasında məhz  Gülənin təşkilatı (FETÖ) durub. 
 “Əgər kimsə düşünür ki, bu ictimai fikrə əhəmiyyət verilməsin, o çox böyük səhvə yol vermiş olur.  FETÖ yalnız Türkiyə və ya Amerika üçün təhlükə deyil. Təşkilatları olduğu bütün ölkələrdə onlar dövlət qurumlarına nüfuz edərək sabah oxşar hadisələr törədə bilərlər”, - deyə Kalın qeyd edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info