“Qarabağ Taxıl” MMC soyanı geniş sahədə becərməklə bir ilkə imza atıb
Tarix: 23.09.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Bir qrup media nümayəndəsi Azərbaycanda ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC-nin əkin sahələri ilə tanış olub. Media nümayəndələri əvvəlcə “Qarabağ Taxıl” MMC-nin daxil olduğu “Səba” şirkəti haqqında film izləyiblər.
“Qarabağ Taxıl” MMC–nin keçmiş icraçı direktoru, hazırda isə şirkətin törəmə müəssisəsi olan “Qarabağ Toxum” MMC-nin rəhbəri Rəcəb Orucov hesabatla çıxış edib. Bildirib ki, ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahədə yaradılıb. “Biz çox şadıq ki, öz məhsuldar fəaliyyətimizlə iri taxılçılıq təsərrüfatları yaratmağın mümkün olduğunu nümayiş etdirdik” – deyən R.Orucov ötən müddətdə keçilmiş yola nəzər salıb. O, uzun müddət baxımsız qalmış torpaqlarda dövlətin infrastruktur – yol, su kanalı, elektrik xətlərinin çəkilməsi ilə bağlı dəstəyindən ruhlanaraq, dünya standartlarına uyğun təsərrüfat yaratdıqlarını bildirib. Təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq edilib. 64 ədəd müasir suvarma sistemi – pivot quraşdırılıb, 5 nasosxana, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa olunub. Təsərrüfata 4,2 milyon dollar dəyərindən artıq 20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb. Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikaları seçimində, istər toxum alınmasında, istərsə də, gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edib.
Görülən işlər sayəsində taxıl istehsalında yüksək məhsuldarlığa nail olunub. Belə ki, 2012-ci ilin payızında əkilən taxıldan 2013-cü ildə ölkə üzrə rekord məhsuldarlıq – hektara 55,6 sentner məhsul əldə edilib.
“Qarabağ Taxıl” MMC–nin fəaliyyətə başladığı müddətin üçüncü ilindən mənfəətə keçdiyini deyən Rəcəb Orucov 2015-ci ildə ümumi dəyəri 11 milyon manatdan artıq olan 60,5 min ton məhsul, o cümlədən 26 min ton qarğıdalı, 25 min tona yaxın silosluq qarğıdalı, 6 min tondan artıq buğda, 3 min tona yaxın saman, 690 ton arpa, min tona yaxın soya istehsal edildiyini bildirib. 2016-cı ildə 26 min ton qarğıdalı, 600 tondan artıq buğda, 700 tona yaxın arpa, 5 min ton soya istehsalı proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə yaradılmış “Qarabağ Toxum” MMC də məhsuldarlıq göstəricisinə öz töhfəsini verir və bu il 6 min ton taxıl, 2 min ton saman və 30 min tondan artıq silosluq qarğıdalı əldə ediləcək.
Məlumat verilib ki, növbəli əkin dövriyyəsi ilə fəaliyyət göstərən “Qarabağ Taxıl” bu il qiymətli strateji bitki olan soyanı Azərbaycanda geniş sahədə becərməklə bir ilkə imza atıb. 2013-cü ildə 1 hektar, 2014-cü ildə 50 hektar, 2015-ci ildə 500 hektar sahədə eksperiment aparılıb, 2016-cı ildə isə 1600 hektar sahədə soya becərilib. Təsərrüfatda 5 min ton məhsul gözlənilir ki, bunun da bazar dəyəri 5 milyon manata yaxındır.
Jurnalistlərə soya bitkisi haqqında geniş məlumat verən təsərrüfat rəhbəri quşçuluq və heyvandarlıq sahələrinin əsas yemi olan bu bitkini Azərbaycanda becərməklə ölkəni idxaldan azad etmənin tamamilə mümkün olduğunu deyib: “Buna Azərbaycan torpağının münbitliyi və bol günəşli iqlimi imkan verir” – deyən Rəcəb Orucov “Qarabağ Taxıl”ın builki məhsuldarlığının dünyada mövcud yüksək məhsuldarlığa yaxın olduğunu diqqətə çatdırıb.
Media nümayəndələri sonra qarğıdalı tarlasında biçin prosesini izləyib, soya sahəsində Azərbaycanda ilk dəfə olaraq geniş sahədə becərilən bu qiymətli bitki ilə tanış olublar. Jurnalistlər təsərrüfatın texnoparkındakı texnikaya, pivot və nasosxanalara da baxıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18.07.2019
Nihat Xəlilzadənin Bakıda koreyasevərlərlə görüşü olub
18.07.2019
“Xaricdəki soydaşlarımız ümummilli ideya-azərbaycançılıq ətrafında birləşib”
18.07.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18.07.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info