Zərdabda 3000 hektar pambıq əkilməsi məqsədlə tədbirlərə başlanıb
Tarix: 23.09.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Zərdab rayonunda bu ilin məhsulu üçün 832 hektarda pambıq yetişdirilib və hazırda məhsul yığımı davam edir. Yığımda 150 nəfərədək işçi qüvvəsi iştirak edir və indiyədək 80 tona yaxın “ağ qızıl” toplanıb.
Pambıqçılıq Zərdabda aqrar sektorun ənənəvi sahələrindən hesab olunur. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bu ildən kənd təsərrüfatının gəlirli sahələrindən olan, ölkəyə valyuta gətirən pambıqçılığın inkişafı üçün ciddi tədbirlər görülür. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” sentyabrın 22-də imzaladığı Sərəncam rayonda pambıqçılıqla məşğul olan fermerlər, ümumən torpaq mülkiyyətçiləri tərəfindən böyük razılıqla qarşılanıb. Bu barədə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov AZƏRTAC-ın müxbirinə deyib: “Prezident İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahın yaxşılaşdırılması məqsədi daşıyan bu Sərəncam Zərdabda əhali tərəfindən böyük razılıqla qarşılanıb. Onu da deyim ki, sakinlər arasında bu ənənəvi sahəyə artan maraq yaxın illərdə rayonda pambıq istehsalını 30 min tona çatdırmağa imkan verəcək. Təkcə gələn il 3000 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutlub və hazırda bu məqsədlə tədbirlərə başlanıb”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 22-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulub. Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info