Sona Vəliyevanın Həsən bəy Zərdabiyə həsr olunmuş kitabının imza günü keçirilib
Tarix: 23.09.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yazıçı-publisist  Sona Vəliyevanın milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə həsr etdiyi “İşığa gedən yol” romanının imza günü və təqdimat mərasimi keçirilib. Tədbirdə ədəbiyyat, mədəniyyət, media nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.
Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarına əsər haqqında məlumat verib, qeyd edib ki, müəllif iri həcmli romanla Həsən bəy Zərdabiyə heykəl qoyub.  
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev tarixi şəxsiyyətlər haqqında əsər yazmağın vacibliyinə toxunub. Nazir müavini qeyd edib ki, Həsən bəy Zərdabi haqqında məqalələrə, publisistik materiallara rast gəlinsə də, onun haqqında ətraflı, ömrünü tam əks etdirən əsər olmayıb. V. Əliyev Sona Vəliyevanın milli mətbuatımızın banisinin ömür yolunu bu cür geniş şəkildə təsvir etməsini son illərin hadisəsi və uğuru kimi dəyərləndirib: “Kitab həm geniş oxucular üçün nəzərdə tutulub, həm də Zərdabişünaslar, mütəxəssislər üçün dəyərli nəşrdir. Kitabın dili rəvandır, oxunaqlıdır, oxucular hadisələri çox rahatlıqla başa düşür. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir”. 
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: “Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Roman nəinki jurnalistlərin, hər kəsin stolüstü kitabına çevrilməlidir”.
Milli Məclisin deputatı Nizami Cəfərov kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında yeni əsərin yaradılması sevindirici haldır. 
Milli Məclisin deputatı Elmira Axundova kitabın rus və ingilis dillərinə tərcümə edilməsi təklifi ilə çıxış edib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və başqaları “İşığa gedən yol” kitabının tarixi və bədii əhəmiyyətindən danışıb,  əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin və tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar kitab əsasında bədii filmin çəkilməsi təklifini də səsləndiriblər.
Təqdimat mərasiminin sonunda çıxış edən müəllif bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi səbəbi var: “Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq borcumuz, azad yaşamağımızda vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info