Gənc müəllimə: “Mən peşəmə bağlıyam, ona görə də harada işləməyim əsas deyil”
Tarix: 23.09.2016 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Cari tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçən müəllimlərdən 17 nəfəri Ağstafa rayonuna təhkim olunub. Rayona göndərilən gənc müəllimlərdən biri də Xəlilova Nuranə Qinyaz qızıdır.(AZƏRTAC)
1995-ci ildə Goranboyun Ağamalıoğlu kəndində anadan olan Nuranə orta məktəbi həmin kənddə oxuyub, 9-cu sinifdən Gəncə Humanitar Kollecinin musiqi müəllimliyinə qəbul olunub.
Müəllimliyi çox sevir. Atası musiqiçi olduğu üçün uşaqlıqdan musiqiyə bağlıdır. İxtisas seçərkən də elə məhz musiqi müəllimliyini seçib. Təhsil aldığı illərdə musiqiyə daha çox bağlanıb.
Doğma rayonundan uzaqda - Ağstafanın Poylu kəndində işləmək onun üçün elə də çətin deyil. “Mən peşəmə bağlıyam, ona görə də harada işləməyim əsas deyil. Əsas odur ki, mən şagirdlərə nə isə öyrədə bilim. Lazım olsa ən ucqar dağ kəndinə belə getməyə razıyam. Burada yaşamaq mənə çətin gəlmir, çünki mən əvvəlcə də kənddə yaşayırdım”, - deyə Nuranə bildirib.
O, regionlarda işləmək istəyən müəllimlərə heç bir çətinlikdən qorxmamağı, ən əsası peşələrini sevməyi tövsiyə edib.
Müəllim-şagird münasibətində aparıcı qüvvənin müəllim olduğunu vurğulayan Nuranə Xəlilova deyib: “Əgər müəllim bu münasibəti qoruyub saxlayırsa, o, tədrisdə istədiyi uğurları əldə edir. Tədris etdiyim məktəbdə müəllim-şagird münasibəti çox yaxşıdır”.
Poylu kənd camaatının sevimlisinə çevrilən Nuranə asudə vaxtlarında dünyada və Azərbaycanda musiqi sahəsində olan yeniliklərlə maraqlanır. Eyni zamanda, kirayədə qaldığı ev sahibinə də kömək edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info