“Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb
Tarix: 23.09.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


 “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yeni istehsalat bazası fəaliyyətə başlayıb. Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb.
           
            Bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Baxışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər. 
 
            Cəmiyyətin sədri Saleh Məmmədov ilk öncə istehsalat bazasında çalışan insanların iş şəraiti ilə yaxından tanış olub. Məlumat verilib ki, burda işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib.
           
            Daha sonra bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına baxış keçirilib. Məlumat verilib ki, asfalt-beton qarışığı istehsal edən Lintec-3000 zavodu Almaniya istehsalıdır və saatda istehsal gücü 240 tona bərabərdir.  Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.
 
            Bundan başqa asfalt zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub. Bitum çənlərindən 2-i xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub.
 
            Qeyd edək ki, ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyyat material da toplanıb.
 
            İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burda asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.
 
            Daha sonra ərazidə fəaliyyət göstərən labaratoriyaya baxış keçirilib. Labaratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün labaratoriya Avropa istehsalı xüsusi avadanlıqlarla təchiz edilib.
 
            İstehsalat bazasına girib-çıxan bütün yük maşınlarının yoxlanılması üçünkompyuterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info