Ombudsmanın müşaviri ENOC-un 20-ci İllik Konfransında iştirak edib
Tarix: 23.09.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva Litva Respublikasının Vilnüs şəhərində Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) və Litvanın Uşaq Hüquqları üzrə Müvəkkili tərəfindən təşkil olunan ENOC-un 20-ci İllik konfransı və Baş Assambleyasında iştirak edib.
 “Təhsildə bütün uşaqlar üçün bərabər imkanlar” mövzusuna həsr olunmuş bu tədbirdə Litva Respublikasının Prezidentinin müşaviri, ENOC-a üzv olan müxtəlif ölkələrin uşaq hüquqları üzrə ombudsman institutları və milli insan hüquqları təsisatları, BMT-nin, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların uşaq hüquqları və təhsil üzrə yüksək vəzifəli şəxsləri və ekspertlər iştirak ediblər. N.Ağayeva tədbirdə “Azərbaycan Ombudsmanı tərəfindən uşaqların maariflənməsində onların iştirakının təmin edilməsi” mövzusunda təqdimat edib, Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyətində uşaqların iştirakının təmin edilməsi, bu sahədə müsbət təcrübə kimi Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı” haqqında məlumat verib. O, hazırkı dövrədək proqramın Bakı şəhərinin 12 və respublikanın 30-dan artıq rayonunda olmaqla, 130-dan çox orta ümumtəhsil məktəbdə həyata keçirildiyini, uşaqların yaşı və cinsi nəzərə alınmaqla xüsusi dərsliklərin, təlim materiallarının hazırlanmasını, Müvəkkilin təklifi ilə Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına (MFP) ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsinin daxil edilməsini və proqramın davamlılığının təmin edilməsini qeyd edib. Bununla yanaşı, N.Ağayeva uşaqların iştirakının təmin edilməsi sahəsində digər müsbət təcrübə kimi Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdindəki Liderlik məktəbinin fəaliyyəti, şəbəkə üzvlərinin iştirakı ilə keçirilən müxtəlif maarifləndirici və yaradıcı tədbirlər, Müvəkkilin dəstəyi ilə onlar tərəfindən cəmiyyətin həssas qrupları – fiziki qüsurlu, şəkərli diabet xəstəliyindən, daun sindromundan, talassemiyadan əziyyət çəkən, ürək qüsurlu, qaçqın və məcburi köçkün, yoxsul ailələrdən olan, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan uşaqlarla, həmçinin ahıllarla işin təşkili, həmin məktəbin uşaqlara verdiyi bərabər imkanlar barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Liderlik məktəbinin fəaliyyəti, orada liderlərin yetişməsi, həmyaşıddan-həmyaşıda üsulu ilə təlimçilərin formalaşması tədbir iştirakçılarının, o cümlədən Litva yeniyetmələrinin marağına səbəb olub və onlar tədbirdə çıxış edərək, belə şəbəkənin bütün ölkələrdə yaradılmasının zəruriliyini bildiriblər.
Tədbirdə konfransın mövzusu və uşaq hüquqlarına dair digər mövzular üzrə qruplarda təqdimatlar keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirin sonunda növbəti il üçün ENOC-un Büro üzvləri seçilib, 2016-2017-ci illər üçün ENOC-un fəaliyyət istiqamətləri müzakirə olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info