Ukrayna səfiri Bakı Slavyan Universitetində olub
Tarix: 23.09.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko 2016-cı il sentyabr 23-də Bakı Slavyan Universitetinin qonağı olmuşdur. Səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək Ukrayna ilə Azərbaycanın dostluq münasibətlərinin çox dərin köklərə malik olduğunu bildirib və BSU-da Beynəlxalq Münasibətlər və Tərcümə fakültəsində Ukrayna ədəbiyyatı, dili, mədəniyyəti və etnoqrafiyası və s. öyrənilməsini bu münasibətlərin göstəricisi adlandırıb. Rektor həmin ənənələrin dərinləşdirilməsi üçün bu gün daha geniş imkanlar olduğunu bildirib.
Maraqlı keçən görüşdə professor N.Əliyeva BSU-da təhsil alan azərbaycanlı tələbələrin Ukrayna Respublikasında təcrübə keçmələri və müfaviq ixtisasları bitirmiş məzunların adıçəkilən ölkənin şirkət və kampaniyalarında işlə təmin olunmaları barədə təkliflə çıxış edib. Təklifləri dəstəklədiyini bildirən səfir kadr mübadiləsinin zəruri olduğunu və bunun ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını qeyd edib.
Görüşdən sonra rektor səfiri universitetdə fəaliyyət göstərən və yenicə təmirdən çıxmış Ukrayna Mədəniyyəti Mərkəzi, Taras Şevçenko adına Ukrayna dili üzrə Linqofon kabineti, BSU muzeyi və Heydər Əliyev adına Mərkəzlə tanış edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info