BANM-də referendumla bağlı iclas keçirildi
Tarix: 23.09.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə də dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsvermə (referendum) ilə əlaqədar iclas keçirildi.
İclasda BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında “ Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən söz açaraq növbəti referendumun keçirilməsinin ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addım olduğunu bildirdi. Elmar Qasımov ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu hadisənin vacibliyindən söz açdı. Rektor 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin xalqımızın rifahına, yüksəlişinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha geniş mənada qorunmasına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğuladı. Rektor Azərbaycan vətəndaşlarının bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəyinə əmin olduğunu dedi. Elmar Qasımov Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırdı.
İclasda digər çıxış edənlər ölkənin əsas qanununa təklif edilən dəyişiklikləri dəstəklədiklərini və referendumda iştirak edəcəklərini bildirdilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info