“Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır”
Tarix: 23.09.2016 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


“Rusiyanın Ermənistana “İsgəndər” raket kompleksi satması region üçün böyük təhlükədir. Bu silah kompleksi Ermənistan ordusunun imkanlarını genişləndirə bilər”.
 
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti və jurnalisti, “Novaya qazeta”nın şərhçisi Pavel Felgenhauer deyib. O bildirib ki, Ermənistan ordusunda bu vaxta qədər R-17 raket kompleksi olub: “Lakin həmin raket kompleksinin hədəfi vurmaq dəqiqliyi və məsafəsi “İsgəndər”dən azdır. “İsgəndər” isə hədəfi dəqiq vurur. Ermənistana verilən çox güman ki, “İsgəndər E” raket kompleksidir. Bu kompleks “İsgəndər M”dən çox fərqlənir. “İsgəndər E” ixrac edilən modifikasiyadır. Onun hədəfi vurmaq uzaqlığı “İsgəndər M”dən 200 km azdır. “İsgəndər M” 500 km-dən çox məsafədəki hədəfi vurur. Rusiya “İsgəndər M”i Ermənistana sata və ya verə bilməz. Çünki bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir. Əgər Rusiya Ermənistana “İsgəndər M” raket kompleksi veribsə, o zaman beynəlxalq öhdəliyi pozub”.
 
Hərbi ekspert Rusiya Müdafiə Nazirliyinin Ermənistana “İsgəndər” raket kompleksinin satılmasını nə təkzib, nə də təsdiq etməməsi məsələsini də şərh edib: “Moskva tərəfindən təsdiqin səslənməməsi erməniləri əslində pis vəziyyətdə qoyur. Bu, hərbi paradda nümayiş olunan “İsgəndər”in Rusiya hərbi bazasına məxsus olduğu şübhələrini artırır. Amma Rusiyanın “İsgəndər”i Ermənistana satma ehtimalı var. Ola bilsin ki, Azərbaycana da həmin raket kompleksindən almaq təklif olunacaq. Bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan Belarus ordusunda da “İsgəndər” raket kompleksi var. Belarus Rusiyanın rəsmi icazəsi olmadan bu kompleksdən istifadə edə bilmir. Ermənistana da münasibətdə bu şərtin irəli sürülməsi mümkündür. Çox güman ki, Ermənistan müharibəyə başlayacağı təqdirdə, “İsgəndər”dən istifadə üçün Rusiyadan icazə almalı olacaq. Fikrimcə, Ermənistan Qarabağda baş verən qısamüddətli atışmalar zamanı bu silahdan istifadə edə bilməz. Ancaq Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə olacağı təqdirdə, “İsgəndər”dən istifadə mümkündür. Əslində Ermənistan paradda bu raket kompleksini nümayiş etdirməklə, Azərbaycanı qorxutmağa çalışıb”.
 
P. Felgenhauerin fikrincə, Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdan ibarətdir: “Azərbaycan tərəfi etiraz etsə, ona da bu raket kompleksindən almaq təklif olunacaq. O ki qaldı Azərbaycanın hərbi gücünə, bu barədə son vaxtlar çox qeyd olunur. Xüsusilə də aprel hadisələrində Dağlıq Qarabağda baş verən qısamüddətli müharibə Azərbaycan ordusunun gücünü göstərdi. Məlum oldu ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunub, yüksək döyüş ruhuna malikdir. Ermənistan isə indi aprel müharibəsində Azərbaycanla arasında müşahidə olunan boşluğu aradan qaldırmağa cəhd edir”. 




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info