Futzal millimiz Dünya Çempionatının dörddəbir finalında
Tarix: 23.09.2016 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“Çempionatda irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”

Azərbaycan milli komandası Kolumbiyada keçirilən futzal üzrə Dünya Çempionatında dörddəbir final mərhələsinə yüksəlib. Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində Tailand yığması ilə qarşılaşan millimiz 13:8 hesabı ilə qələbə qazanıb.
Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. Millimiz dörddəbir final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Cali şəhərindəki “Coliseo El Pueblo” İdman Kompleksində keçiriləcək. Futzal üzrə millimizin baş məşqçisi Milton Luis Ziller oyundan sonra fikirlərini bildirib. O, 1/4 finala yüksəldikləri qarşılaşma haqda bunları deyib: "Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından. Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və Dünya Çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik". Qeyd edək ki, Kolumbiyanın ev sahibliyi etdiyi futzal üzrə Dünya Çempionatında bütün dörddəbir final cütlərinin tərkibi müəyyənləşib. Azərbaycan millisi ilə yanaşı, Argentina və Misir də mərhələ adlayıb. Argentina əlavə vaxtda vurduğu qolla Ukraynanı üstələyib - 1:0. Gecənin sensasiyası Misir olub. Əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşdə Misir İtaliyaya “over taym”da vurduğu bir qolla qalib gəlib - 4:3. Beləliklə, dörddəbir finalın ilk görüşləri sentyabrın 25-də Paraqvay millisi ilə İran, Rusiya yığması ilə İspaniya arasında keçiriləcək. Matçlar Bakı vaxtı ilə saat 00:30 və 03:00-a təsadüf edəcək. Yarımfinal görüşləri sentyabrın 28-29-da, üçüncü yer uğrunda oyun oktyabrın 1-də, final qarşılaşması isə oktyabrın 2-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info