“Konstitusiya dəyişikliyi Azərbaycanımızın qarşısında yeni üfüqlər açacaq”
Tarix: 23.09.2016 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Nihad Allahyarlı: “Aşağı yaş senzinin götürülməsi gənclərin siyasi fəallığını stimullaşdıracaq”

26 sentyabr referendumu ictimai-siyasi həyatda daha da canlanma yaradıb. Xüsusən gənclər bu seçkilərin aktiv təbliğatını, həmyaşıdları arasında maarifləndirmə apararlar. “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun vəkili Nihad Allahyarlı da bu baxımdan fəal gənclərdəndir.
-Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək əlavə və dəyişikliklər gənclər tərəfindən necə qarşılanıb?
-Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında mühüm rol oynayır və aktiv təmsil olunurlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Azərbaycan dövləti tərəfindən gənclərə daimi diqqət göstərilib. Bu dəyər hər zaman artan xətlə davam edir. Elə Konstitusiyada gənclərlə bağlı ediləcək bəzi əlavə və dəyişikliklər də gənclərə verilən dəyərin bariz nümunəsidir. Bu baxımdan gənclər 26 sentyabr referendumunu çox müsbət qarşılayırlar.
-Referendumun keçirilməsi hansı zərurətdən irəli gəlib?
-1995-ci ildə ilk dəfə Azərbaycan dövlətinin milli konstitusiyası qəbul olunandan bu günə qədər yeniləşən və inkişaf edən ölkə, siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrində yeni-yeni uğurlara imza atıb. Təbii olaraq uğur və inkişafın gəlişi ilə yaranan proses özü yeni şərtlər diktə edir. Bu səbəbdən yeniləşən Azərbaycanın ana qanun toplusu olan, konstitusiyası müasir dövrün tələblərinə, cəmiyyətin sosial sifarişlərinə uyğun şəkildə modifikasiya edilərək, təkmilləşdirilməlidir. 26 sentyabr 2016 tarixində keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktında əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Həmçinin yuxarıda qeyd olunan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.
Xüsusi qeyd etmək lazımdır ki, layihədə təhlükəsizlik məsələlərinin də yer alması mütərəqqi əlavədir. Belə ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin qəbul olunması ilə milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasına konstitutsion qadağa gələcək, hüquqdan sui-istifadələrin qarşısı alınacaq.
Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitutsion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.
-Bu dəyişikliklər gənclərin siyasi fəallığını nə dərəcədə stimullaşdıracaq?
-Qeyd etdiyim kimi, Azərbaycan gənclər siyasətinin məntiqi davamı olaraq referendum aktı layihəsində gənclərlə bağlı məsəllər də yer almaqdadır. Referendum aktının gənclərlə bağlı hissəsi, maddə 85 və maddə 100-də müvafiq olaraq 25 yaş və 35 yaş sözləri ləğv edilərək, seçkidə iştirak etmək hüququ olan şəxslərə həm də seçilmək hüququ verilməsidir.
Aşağı yaş senzinin götürülməsi gənclərin siyasi fəallığını stimullaşdıracaq. Təbii olaraq yaş senzinin aradan qaldırılması, o demək deyil ki, ölkə təcrübəsiz 18-20 yaşlı gənclərin siyasətçi olub, Milli Məclisdə təmsil olunmasını istəyir. Bu hal baş verməsin deyə də, Azərbaycan qanunvericiliyində yüksək vəzifələr üçün ali təhsil və s. tələblər nəzərdə tutulur ki, bu da 18-20 yaşlarında olan vətəndaşların həmin vəzifələrə seçilmək və ya təyin olunmaq imkanlarını məhdudlaşdırır. Qanuna təklif olunan bu düzəliş, sadəcə potensiallı gənclərə şərait yaradaraq, baryerlərin aradan qaldırılmasıdır. Avropa İttifaqına daxil olan Almaniya və Macarıstan kimi ölkələrdə 18 yaş, İrlandiya, Portuqaliya və Çexiya kimi dövlətlərdə isə 21 yaşa çatmaq, parlamentə seçilərək, təmsil olunmaq üçün kifayətdir. Avropa Şurasına daxil olan iki dövlətdə, Fransa və Finlandiyanın əsas qanunlarında isə, vəzifə üçün yaş senzi müəyyən edilməyib. Beynəlxalq praktikaya əsasən, aşağı yaş senzinin aradan qaldırılması hər bir şəxsə öz potensialını reallaşdırmaq üçün şərait yaradan, xüsusilə gənclərin siyasi fəallığını stimullaşdıran önəmli amillərdən biridir.
Sonda qeyd etmək istərdim ki, Azərbaycanda 2002 və 2009-cu illərdə referendumla əsas qanuna edilən əlavə və dəyişikliklər, konstitusiyanı daha da təkmilləşdirib, bunun bariz nümunəsinin müasir Azərbaycanın timsalında görürük. Əminəm ki, sentyabrın 26-sı baş tutacaq konstitusiya dəyişikliyi Azərbaycanımızın qarşısında yeni üfüqlər açacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info