Suriya münaqişəsi ilə bağlı “uzun, ağrılı və məyusedici” görüş
Tarix: 23.09.2016 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Gizli saxlanılan Rusiya-ABŞ razılaşmasının detalları haqqında məlumat yayılıb

Qərb mətbuatına sentyabrın 9-da Suriyada atəşkəs əldə olunması barədə Rusiya-Amerika razılaşmasının detalları haqqında məlumat sızıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, yayılan sənəd indiyə qədər Moskvanın israrı ilə qəbul edilən beş sənəddən biridir.
Açıqlanan məlumata görə, Moskva və Vaşinqton Hələbə gedən Kostello yolunun silahsızlaşdırılması barədə razılığa gəliblər. Digər razılıq Suriya hərbi təyyarələrinin Rusiya və ABŞ aviasiyasının əməliyyat keçirdiyi ərazilərdə uçuşunun qadağan edilməsi ilə bağlı olub. Razılaşma mətninə görə, ABŞ "Əl-Nusra”nın Suriya müxalif qruplarından ayrılmasının prioritet olduğunu təsdiqləyib. Vaşinqton hələ ki, bu barədə susmağa üstünlük verir. Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Suriya razılaşmasının detallarının “çox həssas” məsələ olduğunu bildirərək detalların açıqlanmasının əleyhinə olduğunu qeyd etmişdi. Rusiya tərəfi isə ortaya çixan suallarla bağlı razılaşmalar paketini açıqlamağı təklif edib. Lakin, ABŞ tərəfi təhlükəsizliyi əsas gətirərək buna qarşı çıxır. Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Suriya böhranı üzrə Beynəlxalq Qrupun görüşü keçirilib. Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, Avropa İttifaqı nümayəndələri və Yaxın Şərq ölkələrinin yüksək vəzifəli diplomatları iştirak ediblər. BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Stefan de Mistura keçirilən görüşü "uzun, ağrılı və məyusedici" adlandırıb. Onun sözlərinə görə, yaxın günlər Suriyada sülh prosesi üçün olduqca böyük önəm daşıyır. ABŞ dövlət katibi Con Kerri bildirib ki, ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib: "Biz, çıxıb bütün dünyaya deyə bilmirik ki, razılığa gəlmişik”. Kerri inamın bərpa olunması üçün aviazərbələrin dayandırılmasının vacib olduğunu söyləyib. Lavrov isə Kerriyə cavabında müxalifətin də döyüşü dayandırmalı olduğunu qeyd edib. Onu da qeyd edək ki, haqqında söhbət gedən sentyabrın 9-də əldə olunmuş razılıq bir neçə gün sonra pozulub. Əvvəlcə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya qoşunlarına aviazərbə endirib, daha sonra isə BMT-nin humanitar karvanı Hələb şəhərində havadan atəşə tutulub. Rusiya XİN ABŞ-ı “İŞİD”-ə yardım etməkdə, rəsmi Vaşinqton isə BMT avtokarvanının bombalanmasında Moskva və Dəməşqi günahlandırıb. ABŞ BMT-nin humanitar yardım karvanına aviazərbənin endirilməsini təsdiqləyən faktlar əldə edib. Bunu jurnalistlərə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib: “Bizdə hadisə şahidlərinin və digərlərin ifadələri, həmçinin kəşfiyyat məlumatları da var. Lakin bu məlumatları jurnalistlərə açıqlamayacağıq”. Onun sözlərinə görə, əldə edilən məlumatlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, aviazərbəni ya Rusiya, yada ki, Suriya təyyarəsi endirib: "İstənilən halda Vaşinqton hücuma görə məsuliyyəti Rusiyanın üzərinə qoyur, çünki o atəşkəsin təmin olunmasına zəmanət verən tərəflərdən biridir".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info