UNEC-də maarifləndirici tədbir
Tarix: 24.09.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə bağlı ilk dəfə səs verən tələbələr üçün maarifləndirici tədbir keçirilib.
UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, İqtisadi hüquq kafedrasının dosenti hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov sentyabrın 26-da keçiriləcək referendum aktının mahiyyəti, referendumda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. M.Zeynalov bildirib ki, yeni qanunların qəbulu, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək zərurətindən irəli gəlir. Təklif olunan referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin isə əlavə olunmasının nəzərdə tutulduğunu qeyd edən M.Zeynalov seçki hüququna malik bütün vətəndaşların ümumxalq səsverməsində iştirakının əhəmiyyətini vurğulayıb, gəncləri referendum günündə aktiv olmağa səsləyiblər. Tədbirdə ilk dəfə səsvermək hüququq qazanan gənclərin sualları cavablandırılıb. Sonda YAP sıralarına yeni daxil olmuş 20 UNEC tələbəsinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info