YAP: Bu, prezidentə ümumxalq etimadının testi idi, test kifayət qədər uğurlu oldu
Tarix: 27.09.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu fikirləri YAP-ın müşahidəçilərinin verdiyi məlumat əsasında söyləyir: “Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.

Ə. Əhmədov bildirib ki, bu gün referenduma çıxarılan məsələlər Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır: “Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bugünkü referendum demokratik sahədə atılan uğurlu addımdır".

Ə. Əhmədov qeyd edib ki, "exit poll"arın nəticəsinə əsasən, əhalinin böyük əksəriyyəti referendumda irəli sürülən təkliflərə müsbət rəy verib: “Biz "exit-poll"ara inanırıq. Amma bütün hallarda MSK-nın açıqlayacağı nəticəni gözləyirik".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info