Gənclərin xeyriyyə aksiyası
Tarix: 19.03.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi - (GMKİB) silsilə şəklində keçirdiyi "İnsan taleyinə biganə qalmayaq"adlı layihəsinin növbəti tədbirini keçirib. Bu barədə təşkilatdan qəzetimizə məlumat verilib. “Park Bulvar” ticarət mərkəzində keçirilən kitab sərgisi Elşad adlı 12 yaşlı böyrək xəstəsi olan məktəblinin əməliyyatı üçün təşkil olunub. Xeyriyyə aksiyası üçün kitablar tələbələrdən, “Qanun” nəşrlər evindən, Yazıçılar Birliyi və yazıçılardan toplanıb.
Aksiyada millət vəkili Aydın Mirzəzadə, "İnsan hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti Şahin Camalov, yazıçı Dilqəm Əhməd və bir çox tanınmış simalar iştirak edib.
Aksiyada iştirak edən millət vəkili Aydın Mirzəzadə aksiyanın təşkilini yüksək qiymətləndirdiyini və davamlı olmasını arzuladığını bildirib.
Aksiya təşkilatçıları olan Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin üzvü Mehriban Kərimli və baş katibi Nisa Rahimova aksiyada iştirak edən və dəstək olan hər kəsə təşəkkürlərini bildirərək bu kimi tədbirlərin davamlı olacağını qeyd etdi.
Məlumat üçün bildirək ki, aksiyanın əsas məqsədi insanlığa və insan ömrünə biganə olmadığımızı göstərmək, əlimizdə olanlardan yararlanaraq başqalarına kömək etməyi öyrənməkdir.
İLKIN





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info