“Biz o sanksiyalara şeyxülislamın iştirakı ilə yenidən baxacağıq”
Tarix: 27.09.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


“Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişiklik əsasında əcnəbilərin dini təbliğatı, ictimai yerlərdə dini atributların təbliği və dini ekstremizmlə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə tutulan əlavələrə yenidən baxılacaq.
 Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Məhərrəmlik ayına həsr olunan tədbirdə deyib. O bildirib ki, buna səbəb müəyyən sanksiyaları nəzərdə tutan həmin əlavələrlə bağlı QMİ sədri Allahşükür Paşazadənin narahatlığıdır: “Buna görə də biz o sanksiyalara şeyxülislamın iştirakı ilə yenidən baxacağıq. Bu sanksiyalar lazımdır, çünki “Dini etiqad azadlığı” haqqında qanuna edilmiş dəyişikliklərin tələbidir”.
 
Komitə sədri qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq dini ayinlər, dini tədbirlər həmişə sakit və qaydasında keçib: “Amma son vaxtlar dini tədbirlərin, ayinlərin keçirilməsi ilə əlaqədar yeni qaydalar gətirmək istəyənlər var. Xüsusilə Məhərrəmlik ayında Hüseyn əzadarlığını yeni qaydada keçirmək istəyənlər var ki, bu da başqa məqsədlərə xidmət edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Nazirlər Kabineti dil normalarının pozulmasına görə cərimələrin tətbiqi təklifini qəbul edib
23.07.2019
Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub
23.07.2019
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
23.07.2019
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23.07.2019
Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info