“Cəmiyyət növbəti dəfə İlham Əliyevin siyasi kursunu dəstəklədiyini ortaya qoydu”
Tarix: 27.09.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) ilkin nəticələri açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri səsvermədə iştirak edib.
 
Ölkə üzrə 5 min 627 seçki məntəqəsindən 3950 məntəqə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim edib. Sayılmış bülletenlərin sayı 2 669 448-dir.
 
Məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında referendumun nəticələrini şərh edib.
 
“Ölkədə referendumun keçirilməsi zamanın tələbi idi. Azərbaycan öz dövlətçilik tarixində  artıq inkişaf mərhələsinə daxil olub. Bu mərhələnin idarəetmə mexanizmində müəyyən dəyişikliklərin edilməsinə, dövlət hakimiyyəti qolları arasında münasibətlərin, müəyyən məsələlərin dəqiqləşdirilməsinə,  insan hüquq və azadlıqlarının genişləndirilməsinə ehtiyac var idi. Vaxtaşırı, bununla bağlı cəmiyyətdə müəyyən təkliflər səslənirdi. Ona görə də cəmiyyətin təklif edilən dəyişikliyə böyük marağı oldu. Təbliğat-təşviqat kampaniyasında cəmiyyətin mütləq əksəriyyəti referendumu dəstəklədiyini ortaya qoydu”.
 
O həmçinin,  referendum günü əsl demokratik ab-havanın olduğuna da diqqət çəkib.
 
“Düzdür, demokratik dövlət olduğumuza görə seçkilərin əleyinə gedənlər, fərqli fikirlər bildirənlər də oldu. Onların da hüquqları qorundu. Onların aksiya keçirməsi, əks təbliğat aparmasına şərait yaradıldı. Bir sözlə, seçicilərin yüksək fəallığı və demokratik şəraitdə seçki kampaniyası keçirildi.
 
Son qeyri-rəsmi məlumata görə 95% seçici referendumun lehinə səs verib. Bu da onu göstərir ki, insanlar dəyişikliyi dəstəkləyir və bu dəyişikliyin dövlətçiyimizin möhkəmlənməsinə yardımçı olacağına inanır. Bir sözlə, cəmiyyət növbəti dəfə özünün yekdilliyini və Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini ortaya qoydu”




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info