“Xalq Prezidentə inamını bir daha təsdiq etdi” 
Tarix: 27.09.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) keçirilib. 7news.az xəbər verir ki, dünən saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər. Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. 
Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov referendumun ölkə iqtisadiyyatının çevik idarəetmə mexanizminə keçidi baxımından mühüm mərhələ olduğunu dedi: "Xalqımız bir daha Prezident İlham Əliyevin yanında olduğunu, onun siyasətini dəstəklədiyini sübut etmiş oldu. Olduqca mühüm tarixi mərhələni yaşayırıq. Bu həm qürurverici, həm də məsuliyyətli dönəmdir. Hər dövrün öz siyasi və iqtisadi tələbləri var. Bu tələbləri qarşılamaq üçün innovativ idarəçilik mexanizmi qaçılmaz idi. Bu Referendum həm də gənclər üçün yeni imkanlar açacaq. Artıq yüksək potensiallı, sağlam əqidəli istənilən gənc dövlət idarəçiliyinə cəlb olunma imkanı qazanacaq. Hesab edirəm bu Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasətinin ən konstruktiv davamıdır. Lakin iş hələ indi başlayıb. Qarşıda bizi gərgin və məsuliyyətli dönəm gözləyir. Biz Prezidentə islahatlar zamanı dəstək olmalı, ölkəmizin daha da çiçəklənməsi yolunda əlimizdən gələni etməliyik.”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info