“Youth Inc.” və “İT Park-Kazan” arasında memorandum imzalanıb
Tarix: 27.09.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Yeni nəsil: Sərhədsiz məsuliyyət” IV Rusiya–Azərbaycan Gənclər Forumu çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi ilə “İT Park-Kazan” arasında memorandum imzalanıb.
İctimai Birlikdən bildiriblər ki, memorandumu "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Seymur Hüseynov və “İT Park-Kazan”ın direktoru Anton Graçev imzalayıblar. Memoranduma əsasən əməkdaşlıq çərçivəsində gənc sahibkarlar arasında təcrübə və resursların bölüşülməsi, eləcə də startap və mentor mübadiləsinin reallaşması gözlənilir.
Üç gün davam edən forumda, eyni zamanda, DVC-nin “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı təqdim edilib. İctimai Birliyin icraçı direktoru Ələkbər Mustafayev proqram haqqında məlumat verib. Həmçinin forumda ictimai təşkilatların nümayəndələri iqtisadi sahədə, eləcə də tarixi və mədəni irsin qorunması mövzularını əhatə edən seksiyalar təşkil olunub. Seksiyalarda iştirak edən “Youth Inc.” Proqramının nümayəndələri inkubasiya və akselerasiya proqramlarının yaradılması, iki ölkə arasında informasiya və təqdimat turlarının təşkili, vençur və investisiya yarmarkalarının təşkili və digər mövzularda aparılan müzakirələrə qoşulublar.
Qeyd edək ki, “Yeni nəsil: Sərhədsiz məsuliyyət” IV Rusiya–Azərbaycan Gənclər Forumu sentyabrın 22-dən 25-dək Tatarıstanın paytaxtı Kazanda keçirilib. Rusiyanın ən böyük informasiya və texnologiyalar parkı olan “İT Park-Kazan”da keçirilən forumun məqsədi Azərbaycan və Rusiyada gənclər təşkilatlarının nümayəndələri arasında əməkdaşlığın inkişafı, iki dövlət arasında dostluğun gücləndirilməsi, eləcə də birgə layihə və proqramların həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info