Şəhriyar Məmmədyarov Moskvada blits-turnirin qalibi olub
Tarix: 27.09.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilmiş ənənəvi şahmat turnirinin açılışında keçirilən blits- turnirin qalibi olub. Rusiya KİV-lərinin verdiyi məlumata görə, Azərbaycan nümayəndəsi 9 mümkün xaldan 7,5 xal toplayaraq birinci yeri tutub. İkinci yeri Ermənistan nümayəndəsi Levon Aronyan (5,5 xal), üçüncü yeri rusiyalı Yan Nepomnyaşşiy (5 xal) tutub. Əsas turnirin start turu üçün püşkatmada Şəhriyar Məmmədyarov beşinci nömrəni seçib. İlk görüşdə ağ fiqurlarla oynayacaq Ş.Məmmədyarovun rəqibi Çin nümayəndəsi Li Çao olacaq. Birinci turun digər partiyalarında Pyotr Svidler və Vladimir Kramnik, Yan Nepomnyaşşiy və Yevgeni Tomaşevski, erməni Aronyan və israilli Boris Gelfand, hollandiyalı Aniş Giri və hindistanlı Vişvanatan Anand qarşılaşacaq. Oktyabrın 6-da başa çatacaq turnirin mükafat fondu 200 min dollara bərabərdir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
26.09.2018
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
26.09.2018
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info