Dünya ikincisi olan güləşçilərimiz ölkəyə qayıdıb
Tarix: 27.09.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatını ikinci yerdə başa vuran Azərbaycan yığma komandası Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları, idmansevərlər və KİV nümayəndələri gül-çiçəklə qarşılayıblar. Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı Dünya Çempionatında 4 qitəni təmsil edən 35 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 2-si qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar. Azərbaycan yığmasına qızıl medalları Həsən Əliyev və Ağahüseyn Mustafayev qazandırıblar. Millimiz komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub. Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan-Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxil idi.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info