Nicat Abbasov “Baku open-2016” turnirinin bürünc medalçısı olub
Tarix: 27.09.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Novxanıdakı “AF-Hotel” otelində 11 ölkədən olan gənc şahmatçılar arasında “Baku open-2016” beynəlxalq turniri başa çatıb. Doqquz turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilən bu turnir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmişdi. “A” qrupunda doqquz ölkədən 56 iştirakçı
mübarizə aparırdı.

Doqquz turun yekunlarına əsasən turnirin qalibi yeddi xal toplamış ukraynalı beynəlxalq usta Stanislav Boqdanoviç (2591) olub. Turnirin reytinq-favoriti, Rusiya şahmatçısı Vladimir Artemyev (2663) 6,5 xal toplayaraq ikinci yeri tutub. Üç iştirakçının hərəsinin aktivində altı xal vardır. Lakin əlavə göstəricilər nəzərə alınmaqla həmyerlimiz – beynəlxalq qrossmeyster Nicat Abbasov (2552) bürünc medala layiq görülüb. Altı xal toplayana iştirakçılar arasında Azərbaycanın daha bir nümayəndəsi Vüqar Rəsulov da var. “B” qrupunda altı ölkədən 128 iştirakçı çıxış edirdi. Üç şahmatçının hər biri 7,5 xal toplayıb. Əlavə göstəricilər nəzərə alınmaqla fəxri kürsünün ən yüksək pilləsinə İran nümayəndəsi Arya Omidi çıxıb. Bu qrupda ikinci və üçüncü yerləri Azərbaycan şahmatçıları Amil Abbasov və Eldar Musayev tutub. 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi günlərdə «Baku Crystal Hall» sarayında start götürmüş “C” qrupunda 111 şahmatçı iştirak edirdi. Həmin qrupda 9 mümkün xaldan 8 xal toplamış Mətin Mürsəlli qalib gəlib. Festivalda bu qədim və gözəl oyunun 11 ölkədən olan 180 pərəstişkarı iştirak edirdi.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info