Azərbaycan və Rusiya şirkətləri birgə servis mərkəzinin yaradılmasına dair saziş imzalayıb
Tarix: 27.09.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


“ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Silk Way Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi "Vertolyoti Rossii" niyyət sazişi imzalayıb.
 
"Silk Way Helicopter Services" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, sənədi "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyoti Rossii" SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıb.
 
Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmiri üzrə servis mərkəzi yaradılacaq.
 
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin vertolyotları hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən havagəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Ми-8МТВ-1”, “Ми-8АМТ” həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.
 
"Vertolyoti Rossii" - Rusiyada vertolyotların yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi vertolyotların layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. "Rusiya vertolyotları" holdinqi Rostex Dövlət Korporasiyasının strukturuna daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info