M.Pənahov: “MSK-ya heç bir rəsmi müraciət, şikayət daxil olmayıb”
Tarix: 27.09.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Beynəlxalq təşkilatların müşahidəçiləri referendumda seçici fəallığının yüksək olduğunu xüsusi vurğulayıblar”. Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. M. Pənahov deyib ki, MSK-ya heç bir rəsmi müraciət, şikayət daxil olmayıb: “Beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Yerli müşahidəçilər də geniş müşahidə missiyası həyata keçiriblər. İki gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Ondan sonra protokollara əsasən ilkin nəticələri internet səhifəmizə yerləşdirəcəyik. Ən geci 25 gün ərzində prosesə yekun vurulacaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.
M. Pənahov sosial şəbəkələrdə məntəqələrdə qutulara topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib: “O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, həmin məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Həmin komissiyalar da buraxılacaq. Seçki komissiyaları həmin gün hansı məsuliyyət daşıdığının fərqində olmalıdırlar”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info