MEK-də layihələr uğurla icra edilir
Tarix: 27.09.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in yeni binasinin istifadəyə verilməsini Prezident İlham Əliyevin təhsilə, elmə, mədəniyyətə xüsusi diqqətinin bariz nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, AMEA-nın elmi və islahatlar mərkəzi olan kitabxana dövlətimizin başçısının iştirakı ilə keçirilən açılış mərasimindən sonra böyük inkişaf yolu keçib.
MEK-də həyata keçirilən layihələrdən və tədbirlərdən söz açan akademik bunların Azərbaycan elminin, mədəniyyətinin inkişafına töhfə verdiyini söyləyib, hazırda müasir standartlara cavab verən MEK-in hər cür zəruri avadanlıqlarla təchiz olunduğunu deyib. Akademik MEK-də həyata keçirilən “Milli rəqəmsal yaddaş”, “Vahid idarəetmə sistemi”, “Vikipediya”, “Paralel sorğu”, “Açıq kitabxana” və digər layihələrin uğurla icra edildiyini bildirib, bu qurum ilə akademiyanın institutlarının kitabxanalarının əməkdaşlığının vacibliyini qeyd edib.
MEK-in direktoru Leyla İmanova il ərzində görülən işlər və əldə olunan nəticələr barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 2015-ci ilin oktyabrında istifadəyə verilən kitabxana 2016-2019-cu illər üçün beş əsas strateji hədəfi müəyyən edib - vahid idarəetmə sisteminin tam hazırlanıb istifadəyə verilməsi, milli rəqəmsal yaddaş bazasının işlək vəziyyətə gətirilməsi, peşəkar heyətin formalaşması, beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması, informasiya təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması. O, kitabxananın fondların və oxucuların sayının artırılması və xidmətlər sisteminin qurulması mərhələsindən keçərək oxucu icmasının formalaşdırılmasının başlanğıcında olduğunu vurğulayıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin irsinə aid olan və fondlarda saxlanılan ədəbiyyat kitabxananın sərgi salonunda və akademiklərin zalında yerləşdirilib. Materiallar rəqəmsallaşdırılıb, elektron kataloqa və videotəqdimat formatına salınıb.
Direktor “Milli rəqəmsal yaddaş” layihəsinin Azərbaycan üçün önəmindən və bu işin kitabxanada uğurla icra olunmasından danışıb.
Sonda L.İmanova iştirakçıların suallarını cavablandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info