AzMİU-nun tələbələri və müəllimləri Rusiyada mükafatlar qazanıblar
Tarix: 27.09.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Novosibirsk şəhərində MOOCAO-nun xətti ilə Novosibirsk Dövlət Memarlıq, Dizayn və İncəsənət Universitetinin bazasında Memarlıq və dizayn  üzrə buraxılış işlərinin 25-ci baxış - müsabiqəsi keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətindən verilən məlumata görə, 7 ölkənin qatıldığı müsabiqədə 700-dən artıq iş nümayiş olunub. AzMİU-nun Memarlıq fakültəsinin bakalavar və magistr pilləsi üzrə 19 iş təqdim olunub.
Bütün işlər MOOCAO-nun 1-ci və 2-ci dərəcəli diplomlarına layiq görülüb. Bəzi buraxılış və magistr işləri isə  Rusiyanın Memarlıq və İnşaat Elmləri Akademiyasının, Moskva Memarlar İttifaqının, Memarlıq və İnşaat Elmləri Akademiyasının Sibir filialının diplomlarını qazanıb. Memarlıq fakültəsinin nümayəndələri tədbir zamanı təşkil olunmuş dərslik və dərs vəsaitlərinin müsabiqəsinə də qatılıb. Müsabiqəyə təqdim olunan 3 dərslik və dərs vəsaiti (prof.R.Əbdülrəhimov –“Memarlıq fizikası”;  dos. N.Ağayeva –“ İnteryer qrafikası”; prof.S.Orucov, dos.M.Eynullayeva - “Bədii konstruksiyalaşdırmada bionika”) 1-ci dərəcəli diploma layiq görülüb.
 
Eyni zamanda AzMİU Novosibirsk Dövlət Memarlıq, Dizayn və İncəsənət Universitetinin təşəkkürnaməsiylə təltif edilib. Çoxillik səmərəli fəaliyyətinə görə müsabiqənin koordinatorları - Memarlıq fakültəsinin dekanı , memarlıq namizədi Zahidə Məmmədova və  fakültənin baş müəllimi İlqar Əliyev MOOCAO-nun fəxri diplomlarıyla təltif olunublar. Yekun iclasda müsabiqənin gələn il Yekaterinburq şəhərində Ural Dövlət Memarlıq və Rəssamlıq Universitetinin bazasında keçirilməsi  qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info