Kolumbiya 50 illik müharibə sülhlə başa çatdı
Tarix: 27.09.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Kolumbiya prezidenti Xuan Manuel Santos və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) adlandırılan üsyançı qruplaşmanın başçısı Rodriqo Londonyo Eçeverri ölkədə vətəndaş müharibəsinin başa çatması və sülhün bəyan olunması barədə sazişə imza atıblar. Saziş patrondan hazırlanmış qələmlə imzalanıb.
Kartaxena şəhərində keçirilən təntənəli mərasimdə minlərlə insan, o cümlədən Latın Amerikasında yerləşən 15 dövlətin başçısı və BMT nümayəndələri iştirak ediblər.
Sənəd FARC qruplaşmasının silahları yerə qoymasını, keçmiş partizanların işi üzrə xüsusi qanun sisteminin yaradılmasını və hökumət tərəfindən torpaq islahatlarının aparılmasını nəzərdə tutur.
Kartaxenada baş tutan tarixi mərasim yarım əsirə yaxın davam edən və on minlərlə insanın ölümünə səbəb olan münaqişəyə son qoyub. Münaqişə nəticəsində zərər görən bütün insanlardan səmimi üzr istəyən FARC qruplaşmasının lideri Rodriqo Londonyo Eçeverri bundan sonra siyasi baxışlarını silahsız müdafiə edəcəyinə söz verib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info