Regionlarda bu ilin ilk yarısında hotellərin tutulması 23,5 faiz artıb
Tarix: 27.09.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Keçən ilə nisbətən regionlarda bu ilin ilk yarım illiyində hotellərin tutulması 23,5 faiz artıb. Bunu Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, yerlərin dolma faizinə görə bu il artım çoxdur: "Belə ki, İsmayıllı və Şamaxıda 92%, Göygöldə 95-100%, Qəbələdə 100%, Lerikdə 90%, Təngaltıda 95% yerlər tutulub. Hələ ki Mingəçevir və Xızıda (30%) bu il yerlərin tutulması az faiz təşkil edib".
Nazir həmçinin qeyd edib ki, Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin daha çox inkişaf etməsinə şərait yaradacaq: "Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək. Ticarət festivallarının keçirilməsi də turizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30%-i geri qayıdır. Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq. Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər artıq turizm sektoru üçün fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. Bu ərazilər perspektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq. AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik".
Nazir sonra bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülür: "Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac var. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm artıq öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələri həyata keçirilir. Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”
23.04.2019
Azərbaycanda yeni zavod tikiləcək
23.04.2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23.04.2019
Nazirliyin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info