Suriya müxalifəti özünə baş nazir seçib
Tarix: 19.03.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Kommunikasiya texnologiyaları üzrə mütəxəssis olan Həsən Hitto uzun müddət ABŞ-da yaşayıb

BMT-nin baş katibi Pan Gi Mun Suriya hakimiyyətini və dünya ictimaiyyətini ölkənin tam dağılmasının qarşısını almağa və problemin siyasi yolla həllinə nail olmağa çağırıb. BMT 2 il ərzində Suriyada 70 mindən çox adamın öldüyünü, 3 milyon insanın isə öz ev-eşiyini tərk etdiyini açıqlayıb.
Baş katib Suriyanın tamamilə dağılmasının qarşısını almaq üçün hələ imkan olduğunu və təcili şəkildə problemi siyasi yolla həll etmək lazım olduğunu vurğulayıb. Suriya Müxalifətçi və İnqilabi Qüvvələrin Milli Koalisiyası isə baş nazir vəzifəsinə namizədini müəyyənləşdirib. Koalisiya keçmiş sahibkar Həsən Hittonun namizədliyi üzərində razılığa gəlib. Hitto kommunikasiya texnologiyaları üzrə mütəxəssisdir və uzun müddət ABŞ-da yaşayıb. ABŞ dövlət katibi Con Kerri isə Avstraliya XİN başçısı Bob Karla görüşdən sonra bildirib ki, Suriya prezidenti öz xalqına qarşı raket, təyyarə, tanklardan istifadə etdikcə İordaniya, Livan və Türkiyəyə qaçan insanların sayı getdikcə artacaq: “Bu artıq qlobal fəlakətə çevrilir”. Kerri ABŞ prezidenti Barak Obamanın Suriya liderinin planlarına mane olmaq fikrində olduğunu bəyan edib: “Hazırda Əsəd iranlılardan, “Əl-Qaidə” ilə bağlı bəzi elementlərdən, “Hizbullah”dan və Rusiya vasitəsilə gələn yardımı alır. Bu vəziyyət suriyalılar, bölgə və bütövlükdə dünya üçün təhlükə ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info