AVCIYA referendumla əlaqədar bəyanat yayıb
Tarix: 27.09.2016 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikası  Konstitusiyasınaəlavə və dəyişikliklərlə bağlı   26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Referendumla  əlaqədar bəyanat yayıb. Sənəddə qeyd olunur ki, referendumun  daha ədalətli və demokratik keçirilməsi, seçki praktikasının  təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə AVCİYA 3000  müşahidəçi ilə 65 DSK üzrə monitorinqi təşkil  edib: “Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə  seminarlar keçirilmiş, “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili” və   Konstitusiyaya əlavə və dəyişiklər edilməsi ilə bağlı Referendum (26 sentyabr 2016-cı il) -“Müşahidəçilər üçün yaddaş” kitabçaları nəşr edilmişdir.
Assosiasiya 26 avqustda “İlkin hesabat”,  21 sentyabrda isə  “Uzunmüddətli Müşahidənin Aralıq Hesabatı”nı ictimaiyyətə təqdim edib. (Hesabatlar və digər nəşrlərlə www.avciya.az saytında tanış olmaq olar.)
Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10-00, 12-00, 15-00, 17-00 və 19-00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib.  Bundan başqa assosiasiya Referendum günü saat  21-00 Referendumun nəticələri  ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə bildirib. Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olmuş, bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar istisna olmaqla elə bir ciddi qanun pozuntusu qeydə alınmamışdır. Referendum günü qeydə alınmış bəzi texniki çatışmazlıqlar cox az sayda məntəqələri əhatə etdiyindən Referendumun nəticələrinə təsir etmək gücündə olmamışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il  tarixdə keçirilmiş Referendumun Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq  şəffaf və ədalətli keçdiyini, ictimai-siyasi mühitinin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil  və demokratik olduğunu bildirir. Assosiasiya  Referendumun  Azərbaycan Respublikasının dövlət müstəqiliyinin qorunması, dövlət təhlükəsisliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm  mərəhələ olduğunu  bəyan edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info