“Beynəlxalq qurumların vəziyyəti obyektiv qiymətləndirməsinə həssaslıqla yanaşırıq”
Tarix: 27.09.2016 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


 Milli Məclisin sədri Oqtay ƏsədovBakıda səfərdə olan Böyük Britaniya Lordlar Palatasının üzvü, Azərbaycanla Dostluq Qrupunun rəhbəri lord Devid Evansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
MM-dən verilən məlumata görə, sədr qonaqların Azərbaycanda keçirilən Konstitusiya referendumunu izləmək üçün ölkəyə gəldiklərini xatırladaraq onlara minnətdarlığını bildirib.
 
O. Əsədov qeyd edib ki, Konstitusiyaya dəyişikliklər insan hüquqlarının qorunmasının daha etibarlı təmin edilməsi ilə yanaşı, həm də idarəetmə mexanizminin təkmilləşdirilməsinə, bu mənada xalqın firavan gələcəyinə xidmət edəcək: “Ümumxalq səsverməsinin azad, demokratik, şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi işlər görülüb. Ölkə ərazisində mindən çox məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsverməni onlayn izləmək imkanı yaradıb. Biz dünyada və regionda gedən prosesləri diqqətlə izləyir, Azərbaycandakı ictimai-siyasi vəziyyətə dostlarımız, o cümlədən beynəlxalq qurumlar tərəfindən obyektiv qiymət verilməsinə həssaslıqla yanaşırıq”.
 
D. Evans isə Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsini müsbət dəyərləndirib. O, 6 seçki məntəqəsində prosesi izlədiklərini və əhalinin fəallığının canlı şahidi olduqlarını söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info