ABŞ terror təşkilatlarına silah verir
Tarix: 28.09.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


"Əl-Nusra Cəbhəsi"nin səhra komandiri ABŞ-dan tank əleyhinə “TOW” kompleksləri aldıqlarını etiraf edib

Suriyadakı terrorçuları müasir silahlarla təmin edən ABŞ onların hərbi təlimlərində də yaxından iştirak edirlər. "Əl-Nusra Cəbhəsi " qruplaşmasının komandiri Vaşinqtonun “ikili oyun”unu pisləyir. Yaxın Şərqdə fəaliyyət göstərən “Əl-Nusra Cəbhəsi” terrorçu qruplaşmasının ABŞ hökumətindən tank əleyhinə “TOW” kompleksləri alması barədə məlumat yayılıb.
Bundan əlavə, qruplaşma üzvlərinə ABŞ hərbçilərinin təlim keçdikləri də üzə çıxıb. Terror təşkilatının səhra komandiri Əbu əl-Əzz Almaniyanın “Kölner Stadt-Anzeiger” nəşrinə verdiyi açıqlamada bunları etiraf edib. Onun sözlərinə görə, ABŞ bu dəstəyi vasitəçi dövlətlər hesabına həyata keçirir. Belə ki, bir çox tank və raket qurğuları əraziyə Liviya vasitəsilə gətirilir. Terrorçulara verilən maliyyənin bolluğunu da etiraf edən Əbu əl-Əzz bu yardımın ABŞ hökuməti tərəfindən Səudiyyə Ərəbistanı, Qətər və Küveyt vasitəsilə həyata keçirdiyini bildirib. Terror təşkilatına hərbi təlimlər isə ekspert səviyyəsində peyklər, izləmə kameraları və yüksəkixtisaslı kəşfiyyatçılar tərəfindən həyata keçirilir. Səhra komandirinin fikirlərinə münasibət bildirən ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bu təşkilata heç bir kömək göstərmədikləri barədə bəyanat yayıb. “Əl-Nusra Cəbhəsi”nı "Əl-Qaidə" terrorist təşkilatının qulu kimi dəyərləndirən departament sözçüsü bu təşkilatın məhvi yolunda bundan sonra da mübarizə aparacaqlarını bildirib. Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyada terrorizmlə mübarizədə öz öhdəliklərini uğursuz həyata keçirdikləri barədə məlumat vermişdi. Elə həmin ərəfədə BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın dövlət katibi Con Kerri Suriyadakı terrorçu təşkilatların fəaliyyətinə «barmaqarası» baxmayacaqlarını bəyan etmişdi. Lakin bir müddət bundan əvvəl Amerika təyyarələrinin hava zərbələrindən sonra 62 Suriya hərbçisinin öldürülməsi və Pentaqon rəhbərliyi tərəfindən bunun “səhv” kimi dəyərləndirilməsi başqa mətləblərdən xəbər verir. Əsas reallıq isə budur ki, özünü dünyanın super dövləti kimi təqdim edən ABŞ Suriya və müxtəlif ölkələrdə terrorçulara dəstək verir. Vaşinqton terrorizmə dəstəyi, dövlətlərin daxili işlərinə müdaxiləni demokratiya, insan hüquqları adı altında həyata keçirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info