Klintonla Tramp arasında ilk teledebat
Tarix: 28.09.2016 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Birləşmiş Ştatlarda Demokratik və Respublika partiyalarından prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib.
Teledebat Nyu-York ştatının Hempsted qəsəbəsində yerləşən Hofstra Universitetində baş tutub. Namizədlər ölkənin sosiali-iqtisadi problemlərini müzakirə edib və beynəlxalq münasibətlərə, təhlükəsizlik məsələlərinə, həmçinin ABŞ-ın xarici siyasətinə xüsusi diqqət yetiriblər. Klintonu Şimali Amerika azad ticarət zonası layihəsinin reallaşdırılmasında ittiham edən Tramp qəbuledilməz olan “Kanada, ABŞ, və Meksika arasında azad ticarət barədə sazişdən” Meksikanın ABŞ-dan daha çox qazanc əldə edəcəyini deyib. Namizədlər, həmçinin məxfi yazışmaların qaydaları və vergi məsələləri barədə də qarşılıqlı ittihamlar irəli sürüblər. Hillari Klinton ABŞ-ın dövlət katibi işlədiyi dövrlərdə mühafizə olunmayan şəxsi serverlərdən xidməti yazışma üçün istifadə edib; Trampı isə, adətən, bütün prezidentliyə namizədlərin vergi tranzaksiyalarının şəffaflığı üçün təqdim etdiyi vergi haqda sənədləri verməkdən imtina etməkdə qınayırlar. ABŞ-da irqlər arası münasibətlərdən danışarkən, namizədlər həm də odlu silahdan istifadə etməklə törədilən zorakılıqla bağlı problemlərə də münasibət bildiriblər.
Namizədlər Trampın uzun illər ərzində inkar etdiyi Prezident Barak Obamanın Amerika vətəndaşlığı, terrora qarşı mübarizə, “İŞİD” və nüvə təhdidi barədə də fikirlərini açıqlayıblar. CNN telekompaniyasının teledebatın ardından izləyicilər arasında telefon vasitəsilə keçirdiyi sorğuya əsasən, respondentlərin 62 faizi ABŞ prezidenti postunda Hillari Klintonu, 27 faizi isə Donald Trampı görmək istədiyini bildirib.
Klinton və Tramp arasında ikinci debat oktyabrın 9-da Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində, üçüncü teledebat isə oktyabrın 19-da Nevada ştatının Las-Veqas şəhərindəki Nevada Universitetində keçiriləcək.
Oktyabrın 4-də Virciniya ştatının Farmvill qəsəbəsində vitse-prezident postuna Demokrat Partiyasının namizədi Timoti Keynlə Respublika Partiyasının namizədi Mayk Pens arasında debatlar olacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info