“Müharibə baş versə, biz bütün dünyaya qarşı mübarizə aparmalıyıq”
Tarix: 19.03.2013 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“Ağıllı siyasi xadim hər hansı qərar qəbul etməzdən əvvəl bu qərarın fəsadları barədə düşünməlidir. İstəyirəm, biz hamımız düşünək ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyin tanınması Ermənistan və Dağlıq Qarabağda yaşayan insanlara nə verəcək?” “Armtoday”in məlumatına görə, bu sözləri jurnalistlərlə görüşündə Ermənistan prezidenti Serj Sərkisyan deyib. O bildirib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə, 20 ildən çox sürən sülh danışıqlarına son qoyulmasına gətirib çıxaracaq: “Bu, danışıqların digər tərəfi və Minsk qrupunda təmsil olunan bütün ölkələr üçün sanki bir sillə olar. Bəs, birdən müharibə baş versə, biz bütün dünyaya qarşı mübarizə aparmalıyıq? İndi isə deyin, “Dağlıq Qarabağ Respublikası”nın tanınması orada yaşayan insanlara nə verəcək? Bu, ritorik sualdır. Belə bir qərar qəbul olunsa Ermənistanın, bizim əsgərlərin həyatı daha təhlükəsiz olacaq? Ölkəmizin beynəlxalq nüfuzu artacaq? Düşünmürəm ki, belə bir addımın atılması vətəndaşlara xeyir verəcək”. S. Sərkisyan əlavə edib ki, Ermənistan “DQR”i Azərbaycan müharibəyə başlayacağı təqdirdə tanıya bilər.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info