“Şəhərimizdə tez-tez Azərbaycanla, o cümlədən Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir”
Tarix: 28.09.2016 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Noyabrın 6-da Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti İsrailin Yokneam şəhərinə səfər edəcək.
 
Bu barədə Yokneam şəhərinin vitse-meri, Azərbaycan yəhudisi Roman Peres məlumat verib. O bildirib ki, səfərin məqsədi Qəbələ ilə Yokneam arasında qardaşlaşmış şəhərlər barədə razılaşmanın imzalanmasıdır.
 
R. Peres qeyd edib ki, səfər sentyabrın ortalarında baş tutmalı olsa da, Azərbaycanda keçirilən referendumla əlaqədar bir qədər təxirə salınıb: “Ümumilikdə iki razılaşma imzalanacaq. Əvvəlcə Azərbaycan tərəfi buraya gələcək. Daha sonra böyük ehtimal ki, yazda biz Qəbələyə səfər edəcəyik. Qəbələ və Yokneam turizm şəhərləridir. Ona görə də bu barədə fikir mübadiləsi aparmaq mümkündür”.
 
R. Peres Yokneam şəhərində 250-300 min nəfər Azərbaycandan gələn yəhudinin yaşadığını söyləyib: “Buna görə də şəhərimizdə tez-tez Azərbaycanla, o cümlədən Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Azərbaycanlılar burada çox aktivdirlər. Şəhərdə Azərbaycan Mərkəzinin açılması barədə planlar var”.
 
Mer müavini əlavə edib ki, Yokneamda “Elbit” müdafiə şirkəti fəaliyyət göstərir: “Bu şirkət uzun illərdir ki, Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. Detalları aça bilmərəm, lakin İsrailin bir sıra müdafiə şirkətləri öz məhsullarını Azərbaycana göndərir. Çox maraqlı layihələr var”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info