“Avropanı daha bir böhran hədələyir”
Tarix: 19.03.2013 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Kipr “bank tətilləri” elan edib: ölkə bankları qeyri-müəyyən müddətədək bağlanıb. Bu barədə “Tagesanzeiger” nəşri məlumat verir. Bu qərar əhalinin banklara öz əmanətlərini geri çəkmək üçün etdikləri axının qarşısını almaq üçün verilib. Lakin Kipr hökuməti bu qərarı ilə xalqda qəzəb doğurub.
Qeyd edək ki, Kiprin bank sistemi borcuna görə həddindən çox yüklənib. Bunun isə iki səbəbi var: birincisi, Kipr son illərdə zəngin ruslar tərəfindən yerləşdirilən pullar hesabına sahildən uzaqdakı bank meydanına çevrilmişdi; ikincisi isə, banklar bu pulların böyük hissəsini yunan dövlət istiqrazlarına sərmayə olaraq yatırmışdı, hansı ki yaxşı gəlir əldə olunacağına söz verilmişdi. “Ancaq iki il əvvəl banklar Yunanıstanın ödəniş etməkdən boyun qaçırması üçün, faktiki olaraq, borc öhdəliklərinin yarısını köçürtmək istədi. Ancaq Kipr bankları bunu həzm edə bilmədi. Həmin vaxtdan etibarən onlar faktiki olaraq, müflis vəziyyətindədirlər və yeni kapitala ehtiyac duyurlar. Bu kapitalı isə yalnız Avropa Birliyindən ala bilərlər. Ancaq alman vergi ödəyiciləri Rusiya oliqarxlarını xilas etmək istəmirlər”, - deyə qəzet yazır.
Məhz bu səbəbdən Kipr əmanətlərə vergi tətbiq etdi. Lakin bu vergi tətbiqinin hesabı 100 min avrodan çox olan (9,9% üzrə) əmanətlərlə yanaşı, nə üçün həm də xırda əmanətlərə (6,75% üzrə) aid edildiyi başadüşülən deyil. “Financial Times” yazır ki, belə olan halda “Brüssel Kiprə xilasetmə jileti atmadı, ancaq boynuna kərpic asdı”.
Qəzetin məlumatına görə, Avrokratın bu cür sərt tədbirləri zəncirvari reaksiyaya səbəb ola bilər. Birincisi, hazırda ispanlar, italyanlar və portuqaliyalılar, gələcəkdə isə fransızlar öz depozitlərindən ötrü narahat olmağa başlayacaqlar. Başqa sözlə, bu ölkələrə kapitalın yenidən şimala daşınması və hətta banklardan əmanətlərin kütləvi şəkildə geri çəkilməsi təhlükəsi yaranır. İkincisi isə bu vergi Avropa bank ittifaqının yaradılması üzrə səyləri və millətçiliyi gücləndirəcək. Çünki bank ittifaqı olmadan uzunmüddətli perspektivdə avro yaşamayacaq.
Müşahidəçilərin fikrincə, Kiprdəki “bank tətilləri” onu göstərir ki, siyasətçilər avroböhranı cilovlamaq gücündə deyillər və yeni çox ciddi sınaqlar gözlənilir.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info