SOCAR Gürcüstanın bütün bölgələrində qazlaşmaya nəzarət edəcək
Tarix: 28.09.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


“Azərbaycan Gürcüstan iqtisadiyyatına bir milyard dollaradək investisiya yatırıb. Bu investisiyalar iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkr”. Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib. “Bu investisiyalar hesabına biz Kulevi terminalında yeni 5-ci və 6-cı anbarları istifadəyə verdik. Bu anbarlar terminal vasitəsilə neft və qaz məhsullarımızın satışı və tədarükü üçün geniş imkanlar yaradacaq. Artıq burada 400 min ton məhsul tədarük olunub və bu rəqəm gələcəkdə xeyli artacaq”, deyə R.Abdullayev bildirib. Terminalda bir neçə xırda çənlər də tikilib. Bu da iri və kiçik həcmli məhsullarını saxlanmasına və ixracına geniş imkanlar yaradacaq. SOCAR prezidentinin sözlərinə görə, Kulevi terminalından artıq 25 milyon ton yük yola salınıb: “Düşünürük ki, bu azdır və biz terminalın imkanlarını daha da genişləndirəcəyik. Bunun üçün də potensial var”.
R.Abdullayev deyib ki, SOCAR Gürcüstanda qazlaşdırma işlərini də genişləndirib: “Biz Gürcüstan hökuməti qarşısında 250 min abonentin təbii qazla təminatı barədə öhdəçilik götürmüşdük. Artıq deyə bilərik ki, bu ilin sonunadək biz bu öhdəliyi tam yerinə yetirəcəyik”. SOCAR, bundan sonra Gürcüstanın qazlaşdırma layihələrində iştirak etmək niyyətindədir. Bununla bağlı hökumətlə danışıqlar aparılır. “SOCAR təkcə Tbilisidə deyil, Gürcüstanın digər bölgələrində də qazlaşmaya nəzarət edəcək”, – deyə R.Abdullayev vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
25.09.2018
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
25.09.2018
“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
25.09.2018
Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
25.09.2018
“Qırmızı Körpü” məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info