D.Kumsişvili: “Terminal hər iki ölkə üçün böyük gəlirlər gətirəcək”
Tarix: 28.09.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Gürcüstanın Poti şəhərinin Kulevi terminalında ikinci, əlavə təbii qaz anbarının açılışı olub. Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili, energetika naziri İlya Eloşvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, ölkəmizin Batumidəki baş konsulu Rəşad İsmayılov, "SOCAR Georcia" şirkətinin prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə bildirilib ki, tikintisinə 2015-ci ildə başlanılmış terminalda ümumi həcmi 60 000 kubmetr olan 6 çən var. Bu terminal Xəzər dənizi regionundan ixrac olunan neft-qaz məhsullarının qəbulu, saxlanılması və nəqli üçün geniş imkanlar yaradacaq. Terminalın illik gücü ildə 1 500 000 kubmetrdir. Burada inşa olunan altıncı qaz terminalı isə ümumi həcmi 12 000 kubmetr olan 5 çəndən ibarətdir. Bu çənlərdən ikisi 3000 kubmetr, üçü isə 2000 kubmetrlikdir. Bu çənlər izopropil spirti, mazut və sənaye yağı üçün nəzərdə tutulub.
R.Abdullayev jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına xeyli sərmayə qoyub. Bu sərmayələr və bu gün açılan terminal iki dost və qardaş ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək. Bu terminal Xəzər dənizi regionunda əldə olunan neft-qaz məhsullarının daşınması imkanlarını genişləndirəcək.
D.Kumsişvili Azərbaycan investisiyası hesabına tikilən terminalın hər iki ölkə üçün böyük gəlirlər gətirəcəyini bildirib.
Energetika naziri İ.Eloşvilinin sözlərinə görə, Azərbaycanın köməkliyi ilə Gürcüstanda həyata keçirilən layihələr neft və qaz məhsulları satışının həcminin artırılmasında mühüm rol oynayacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info