Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vyanada keçirilən tədbirdə iştirak edib
Tarix: 28.09.2016 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Beynəlxalq tədbirdə ölkəmizin əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış sistemlərindən bəhs olunub

Avropa Sosial Rifah Siyasəti və Araşdırma Mərkəzi tərəfindən Avstriyanın paytaxtı Vyana şəhərində “Şərqi Avropada sosial təminat siyasəti sahəsində körpülərin yaradılması” adlı seminar və Mərkəzin Baş Assambleyasının iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti seminar zamanı son illər ölkəmizdə sosial sferada gerçəkləşdirilən islahat tədbirləri, əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili, bu sahədə geniş şəkildə tətbiq olunan innovativ yeniliklər barədə tədbir iştirakçılarına dolğun məlumatlar verib. Bu islahatların müsbət nəticələrinin, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatı, VEMTAS, əmək müqavilələrinin elektron qeydiyyatı və s. sistemlərin mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb.
Qeyd olunub ki, islahat tədbirlərinin mühüm komponenti kimi əlillik təyinatı və reabilitasiya sisteminin də tam avtomatlaşdırılması təmin edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verib. Artıq tibbi-sosial ekspertiza xidməti ilə bağlı aidiyyəti qurumlar arasında əlilliyə dair sənədlərin, göndəriş formalarının mübadiləsi elektron şəkildə həyata keçirilir. Bu da əlilliyin müəyyən olunmasında şəffaflığın təmin edilməsinə, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılmasına səbəb olub. Əlillik müayinəsi üçün edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində sistemə ötürülür. Həmin qərarlar barədə eyni rejimdə məlumat əldə edilməsi üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı da təmin edilib”.
Bildirilib ki, eyni zamanda TSERAS tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən olunmaqla, ikinci və üçüncü dərəcə əlliliklərin müddəti 5 ilə qədər uzadılıb: “Bununla da hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə artıq ehtiyac qalmayıb ki, bu da məmur-vətəndaş təmaslarının xeyli dərəcədə azalmasına səbəb olub. Ümumilikdə, hazırda nazirlik tərəfindən əhaliyə 29 adda elektron xidmət göstərilir. Həmin e-xidmətlər vətəndaşların əmək münasibətləri, pensiya, müavinət, sosial yardım, əlillik müayinəsi, sosial sığorta və s. sahələr üzrə xidmətlərdən elektron şəkildə faydalanmalarına imkan yaradıb. Təkcə bu ilin 8 ayında vətəndaşlar bu e-xidmətlərdən 4 061 039 dəfə faydalanıb ki, bu da həmin dövrdə ölkəmizin "Elektron hökumət" portalına müraciətlərin 34 faizini təşkil edib”.
Tədbirdə ölkəmizdə İKT-nin inkişafı, əmək və sosial müdafiə sisteminin müasir texnologiyalar üzərində modernləşdirilməsi istiqamətində qarşıdakı dövrdə də görülməsi nəzərdə tutulan işlər barədə də məlumatlar verilib.
Ölkəmizin əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış şəffaf idarəetmə və xidmət sistemləri, o cümlədən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi barədə təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan nümayəndə heyəti tərəfindən tədbir iştirakçılarının sualları da dolğun şəkildə cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info