“Qarabağ Taxıl” MMC: “26 min tondan çox dən üçün qarğıdalı istehsalı proqnozlaşdırılır”
Tarix: 28.09.2016 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC-nin qarğıdalı sahələrində məhsul yığımı davam edir.
“Qarabağ Taxıl” MMC-dən bildiriblər ki, cari ilin məhsulu üçün 1995 hektarda qarğıdalı becərilib. Bütün aqrotexniki tədbirlər yüksək keyfiyyətlə aparıldığından uğurlu nəticə alınıb. Məhsul yığımına kifayət qədər müasir texnika cəlb edilib. Artıq 1380 hektar sahədə biçin aparılıb, 19 min 952 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 144 sentner təşkil edir.
Cari ildə 26 min tondan çox dən üçün qarğıdalı istehsalı proqnozlaşdırılır. Yığılan məhsul yem istehsalında istifadə olunacaq.
Qeyd edək ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar sahədə yaradılıb. Ərazidə dövlətin əsaslı vəsaiti hesabına kompleks meliorativ tədbirlər həyata keçirilib, yol, suvarma kanalı, elektrik xətləri çəkilib. Təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq edilib. 64 ədəd müasir suvarma sistemi – pivot quraşdırılıb, 5 nasosxana, 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info