“Azİz”: “Şimon Peresin xatirəsi əbədi yaşayacaq”
Tarix: 28.09.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (“Azİz”) daxil olmuş materialda deyilir ki, “Azİz” Assosiasiyasının idarə heyəti İsrail dövlətinin sabiq prezidenti, Nobel Sülh Mükafatı laureatı, Azərbaycanın böyük dostu Şimon Peresin vəfatı haqqında xəbərə görə dərindən kədərləndiyini bildirir.
İsrail isteblişmentinin patriarxı və ən parlaq nümayəndəsi olan Şimon Peres ölkənin siyasi elitasının uğurlu nümayəndəsi olmaqla bərabər, həm də yəhudi xalqının çin olmuş arzusunun rəmzi idi. O, adi fermerlikdən İsrail Dövlətinin Prezidentinə və Nobel Sülh Mükafatı Laureatına qədər böyük yol keçib. Şimon Peres son dərəcə ziyalı, əsl erudit, dünya ədəbiyyatının bilicisi, meloman, incəsənət sərrafı idi. O, ədəbiyyata da xeyli vaxt sərf edir, rus şairlərinin, o cümlədən Vladimir Nabokovun əsərlərini ivrit dilinə tərcümə edib.
Taleyin qismətindən, Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər tarixində ölkəmizə ilk dövlət səfərini həyata keçirən məhz Şimon Peres olub. Bu da səciyyəvi haldır ki, həmin səfərdən sonra iki ölkə arasında diplomatik münasibətlərdə böyük irəliləyiş yaranıb, birgə layihələr qarşılıqlı konstruktiv xarakter kəsb edib.
Şimon Peres Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında yüksək fikirdə idi. O, Heydər Əliyevin Azərbaycanın qapılarını yeni, dəyişən dünyanın üzünə açmaq yolu ilə öz xalqı və ölkəsi üçün iqtisadi artıma şərait yaratmaq, onlar üçün daha yaxşı gələcək təmin etmək əzmi onu valeh olduğunu bildirirdi.
Şimon Peres öz xatirələrində Prezident İlham Əliyevin Azərbaycanda yəhudi icmasına tolerant, səmimi münasibətini də yüksək qiymətləndirir. Onun fikrincə, məhz bu cür münasibət sayəsində Azərbaycan ilə israil arasında qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edib, Azərbaycandan immiqrasiya etmiş yəhudilər isə iki ölkə arasında mədəni körpüyə çevrilib.
İsraildəki Azərbaycan icması yəhudi xalqının ən şanlı övladlarından birinin - xalqlar arasında sülh və dostluq siyasətinə son dərəcə qiymətli töhfələr vermiş Şimon Peresin vəfatı ilə əlaqədar dərindən kədərlənir. Onun xatirəsi əbədi yaşayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info