Bakıda növbəti geniş ekoloji aksiya
Tarix: 28.09.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir.
Builki aksiya miqyası və tədbirə qoşulanların sayına görə əvvəlkilərdən daha geniş olub. Belə ki, bu il sözügedən aksiyada 500-dən artıq insan iştirak edib. Tədbirin təşkilatçıları qismində “Coca-Cola” şirkəti, “PAŞA Bank”, "Bakcell" mobil rabitə operatoru, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org) çıxış edib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib.
“Artıq yeddi il ardıcıl olaraq “Coca-Cola” şirkəti Azərbaycanda “Coastal Cleanup” aksiyasını təşkil edir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Buna görə, Xəzər dənizinin sahilyanı ərazilərini zibil və tullantılardan təmizləmək üçün biz çoxlu sayda insan cəlb etməyə calışdıq ki, onlar da böyük maraq və məmnuniyyətlə aksiyaya qoşuldular. Yağmurlu və küləkli hava şəraitinə baxmayaraq “Coca-Cola” şirkəti öz dostları, onların ailələri ilə və könüllülərlə birgə aksiya çərçivəsində sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyə bilib.
Tədbir artıq bayrama çevrilib və onun sayəsində təbiət təmizlənir. Ümid edirik ki, gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq, belə ki, çimərliklər təmiz olaraq qorunub saxlanacaq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.
“Artıq bir neçə ildir ki, “Bakcell şirkəti böyük həvəslə Sahilyanı Təmizlik aksiyasında iştirak edir. Korporativ sosial məsuliyyətli şirkət olaraq “Bakcell” bu hərəkata qoşulan ilk mobil rabitə operatoru kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin təmizliyi və planetimizin sağlamlığına öz töhfəsini vermiş olur. Bu illər ərzində biz gənclər arasında tədbirə marağın artdığını müşahidə edirik. Hər il daha çox gənc könüllü bizə qoşulur. İstəyirik ki, bütün sosial və ekoloji sahələrdə könüllük etmək istəyən insanların sayı artsın. Eyni zamanda, insanlar ərtaf mühitə daha diqqətlə yanaşsın, onu təmiz saxlamağa çalışsın. “Bakcell” şirkəti böyük məmnuniyyətlə gələcəkdə də analoji aksiyalarda iştirak edəcək“, - deyə “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
“Ötən il ”ASAN könüllüləri” tərəfindən irəli sürülmüş “Yaşıl ASAN” təşəbbüsü çərçivəsində təşkil olunan Novxanı sahilyanı təmizlik aksiyasında ilk olaraq 300 nəfər “ASAN könüllüsü” iştirak edib. Lakin builki aksiyada biz ötən ildəkindən fərqli olaraq təşkilatçılar sırasında olduq və 350-dən çox könüllümüzlə Bilgəh sahilyanı ərazini məişət tullantılardan təmizlədik. Bu aksiya ilə “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü olaraq bütün cəmiyyətə “ətrafımızı təmiz saxlayaq” mesajı verdik. Düşünürəm ki, aksiyada iştirak etmiş yüzlərlə gənc bu təşəbbüslə həm sosial mesaj verdilər, həm də sosial məsuliyyətini dərk etmiş oldular. Ekoloji təmizlik də ətrafımızdan başlayır, təbiəti qorumaq üçün ilk növbədə ətrafımızı təmiz saxlamalıyıq. Ona görə, hər kəsi təbiəti qorumağa səsləyirəm”, - deyə “ASAN School” könüllük məktəbinin rəhbəri Cahangir Hacıyev bildirib.
“Topla, təmizlə, fərqi gör!” şüarı altında Bilgəh çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 5 tona yaxın tullantı yığılaraq Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunmuşdur.
Qeyd edək ki, Azərbaycanda son 7 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33 hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Xatırladaq ki, builki aksiyaya qoşulanlar sırasında "Green Baku" ekoloji gənclər birliyi, “BİR” tələbə-könüllü proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti, “Youth Inc.” gənclərin sahibkarlıq proqramı və “Hard Rock Cafe” yer alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info