“MDB ölkələrində yeni təhdid elementləri ortaya çıxıb“
Tarix: 28.09.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Bakıda MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 41-ci iclası keçirilir.
İclasda çıxış edən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, son görüşdən bu yana MDB ölkələrində operativ vəziyyətin xarakterinə təsir edəcək hadisələr baş verib, çağırış və təhdidlərin yeni elementləri ortaya çıxıb: “Onların həlli üçün birgə müzakirələr və ümumi yanaşmanın işlənməsi tələb olunur. Bugünkü iclasın mövzusu MDB məkanında təhlükəsizliyin təminatı sahəsində böyük miqyasda problemlərlə bağlıdır. Buraya terrorçuluq və dini ekstremizm, transregional mütəşəkkil cinayətkarlıqla mübarizə daxildir. Ümid edirəm ki, gündəlikdə olan məsələlər forum iştirakçılarına tərəfdaşlıqda onlar üçün daha çox vacib olan məsələləri söyləməyə və əlaqələrin gələcək inkişafını müəyyənləşdirməyə imkan verəcək. Qarşılıqlı fəaliyyət sahəsində praktikamız bir daha göstərir ki, yalnız birgə səy və koordinasiyalı fəaliyyət, müasir çağırış və təhdidlərə qarşı mübarizədə fikir və informasiya mübadiləsi aparmaqla ölkələrimizin təhlükəsizliyi və stabilliyinin təminatı sahəsində effektiv nəticəyə nail olmaq mümkündür”.
Xidmət rəisi ümid etdiyini bildirib ki, tədbir ümumi təhlükəsizliyin təminatı məsələsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı fəaliyyət üçün əlavə təkan verəcək, əməkdaşlıq əlaqələrinin inkişafına imkan yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info