Ölkəmizdə 10 min arı təsərrüfatı, 250 min arı ailəsi var
Tarix: 28.09.2016 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı dəyirmi masa keçirilib. Tədbirdə 20-dən çox arı təsərrüfatı ilə məşğul olan ASK-nın üzvləri iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkədə özəl sektora yaradılan dövlət dəstəyindən söhbət açaraq, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafının daha da artdığını tədbir iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı təqdimatla çıxış edib. Samir Əliyev bildirib ki, rəsmi rəqəmlərlə olmasa da apardıqları araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda 10 000 (on min) arı təsərrüfatı, 250 000 (iki yüz əlli min) arı ailəsi var.
Dünya təcrübəsindən söhbət açan ekspertlər qeyd ediblər ki, ən ucuz bal Avstriyada, ən baha bal isə Fransadadır. Dünyada ən çox bal istehsal edən ölkə Çin, Argentina, Meksika, Hindistan, Vyetnam, ən çox bal ixrac edən ölkə isə ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Belçikadır.
Arıçılıqda mövcud vəziyyət müzakirə olunmaqla yanaşı, mövcud problemlərdən də söhbət açılıb. Qeyd olunub ki, bu sahədə inkişaf üçün arıçılar assosiasiyasının təsis edilməsinə ehtiyac var. Arıçılar bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin və peşəkar kadrların hazırlanmasının vacibliyindən danışıblar.


Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info